“Real” cari çempionatda ilk məğlubiyyətini alıb

“Real” cari çempionatda ilk məğlubiyyətini alıb

Futbol üzrə İspaniya çempionatının altıncı turunda “Atletiko” və “Real” komandaları qarşılaşıblar. SİA xəbər verir ki, oyunda “Atletiko” komandası 3:1 hesabı ilə qalib gəlib. Komanda da qolları Alvaro Morata (4-cü, 46-cı dəqiqə) və Antuan Qrizmann (18) vurub.

Bununla “Real” cari çempionatda ilk məğlubiyyətini alıb. Komanda beş oyunun hamısında qalib gəlmişdi. “Real” 15 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Atletiko” beş oyundan 10 xalı var və beşinci yerdədir.

“Real” sentyabrın 27-də növbəti turda “Las Palmas”ı qəbul edəcək. "Atletiko" sentyabrın 28-də səfərdə "Osasuna" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə