“Real” 25 yaşlı Qimaraes üçün 120 milyon avro ödəməyə hazırdı

“Real” 25 yaşlı Qimaraes üçün 120 milyon avro ödəməyə hazırdı

"Nyukasl”ın yarımmüdafiəçisi Brunu Qimaraes qışda klubunu dəyişə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, “Real” 25 yaşlı futbolçunun xidmətində maraqlıdı. Madrid klubu braziliyalı yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdı. Keçidin qış transfer pəncərəsi zamanı reallaşacağı gözlənilir.

Qeyd edək ki, son mövsüm Qimaraynş 40 matçda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə