Azərbaycan futzal millisinin Qazaxıstanla keçirəcəyi oyunun yeri açıqlanıb

Azərbaycan futzal millisinin Qazaxıstanla keçirəcəyi oyunun yeri açıqlanıb

Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb. SİA Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə