"Hesabı qorumaq üçün sabahkı oyunda daha diqqətli olmalıyıq" - Qurban Qurbanov
"Biz sabah cavab oyununa çıxacağıq. Baxmayaraq ki, "Olimpiya" komandası ilə ilk oyunda qalib gəlmişik, lakin bu oyunda da ciddi olmalıyıq. Rəqibə qarşı bir an belə boş dayanmaq olmaz. Keçən oyunda "Olimpiya"nın çox fürsətləri oldu, lakin istifadə edə bilmədilər". SİA xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”-“Olimpiya” qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında qeyd edib.
"Hesab bizi aldatmalı deyil. Çünki rəqib komandanın potensialı çox yüksəkdir. Hesabı qorumaq üçün daha da güclü oynamalıyıq. Çünki onların da qalib gəlmək qabiliyyəti var. Futbolçularımız da bunu çox yaxşı bilirlər. Səfər oyununda qalib gəlsək də, bu oyunda daha da diqqətli olmalıyıq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB