Dunaydan Orxona "İpək Yolu" Rallisi

Dunaydan Orxona "İpək Yolu" Rallisi

Dünyanın aparıcı avtomobil rallilərindən biri olan Avropa-Şərq/Şərq-Qərb Dostluq Rallisinin yeni mərhələsi olan "İpək Yolu" Rallisi başlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

6 Avropa ölkəsindən 40 yarışçının iştirakı ilə Türkiyədən keçərək Monqolustana çatacaq "İpək Yolu" Rallisi çərçivəsində avqustun 19-da Almaniya, Avstriya və İtaliyadan yola düşən yarışçılar avqustun 20-də Macarıstanda olublar.

Sentyabrın 16-dan etibarən 11 min kilometr məsafəni qət edəcək yarış Serbiya, Bolqarıstan, Türkiyə, İran, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Çindən keçərək Monqolustanda yekunlaşacaq.

Şərq-Qərb Dostluq və Sülh Rallisi Dərnəyinin sədri Nadir Serin "İpək Yolu" Rallisi hazırlıqları çərçivəsində ziyarət etdiyi Avropa Parlamentində (AP) verdiyi açıqlamada yarışın mühüm məqsədlərindən birinin də Türkiyənin tanıtımı olduğunu bildirib.

Serin "Bu yarışı Türkiyənin tanıdılması çərçivəsində təşkil edirik. Yarışçıların demək olar ki, hamısı əcnəbidir. Onlar bu il 6 ölkədən qatılacaqlar. 20 maşın və 40 nəfərlə yola düşəcəyik" deyib.

Yarış iştirakçıları Türkiyədə gördükləri qonaqpərvərliyə görə ölkələrinə qayıtdıqdan sonra bizim könüllü səfirimiz olurlar” - deyən Serin xüsusilə Avropa qitəsində müharibənin getdiyi bir dövrdə şərq və qərb sivilizasiyaları arasında körpülərin qurulmasının daha da vacib olduğunu diqqətə çatdırıb.

İpək Yolu Rallisinin Anadoludan keçəcəyini və Dunay çayını Orxon vadisi ilə birləşdirəcəyini vurğulayan Serin keçən il keçirilən rallinin birincisində olduğu kimi bu il də nəqliyyat vasitələrini son dayanacaq ölkəsinə hədiyyə edəcəklərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə