Bu arada "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva onu transfer etməkdə maraqlı olan "Barselona"ya son tarix qoyub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, portuqaliyalı bu həftənin sonuna qədər gözləyəcək.
Və əgər “Barselona”dan bu ərəfədə “səs çıxmasa”, yəni onun transferi ilə bağlı “Mançester Siti” ilə razılığa gəlməsə, onda Bernardo İngiltərə klubu ilə müqaviləni uzatmağa razı olacaq.
Xatırladaq ki, Silvanın "Mançester Siti" ilə hazırkı müqaviləsi iki ildən sonra başa çatır.
Xosep Qvardiolanın komandası yarımmüdafiəçiyə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB