"Mançester Yunayted"in futbolçusu böyrək xəstəlikləri tədqiqatına 250 min bağışlayacaq

"Mançester Yunayted"in futbolçusu böyrək xəstəlikləri tədqiqatına 250 min bağışlayacaq

"Mançester Yunayted"in keçmiş futbolçusu Endi Koul böyrək xəstəliklərinin araşdırılması üçün 250 min funt sterlinq bağışlamağı vəd edib. SİA BBC Sport-a istinadən xəbər verir ki, 1995-2001-ci illərdə “Yunayted”də çıxış edən keçmiş hücumçu 2017-ci ildə transplantasiya əməliyyatına ehtiyac duyduqdan sonra İngiltərənin “Kidney Research” şirkəti ilə işləyir.

O, xəstələrin psixi sağlamlığını dəstəkləmək və xəstəliyi keçirmə prosesini yüngülləşdirmək üçün xeyriyyə təşkilatı ilə birlikdə “Endi Koul” Fondu yaradıb. Tədqiqatçılar, alimlər və novatorlar indi fondun ilk qrant dəstlərindən birinə müraciət etməyə çağırılır.

Endi Koul deyir: "Böyrək xəstəliyi mənim indiyə qədər üzləşdiyim ən çətin hadisə olub. Biz bu vəziyyəti başqaları üçün də yaxşılaşdırmalıyıq və araşdırma bunun cavabdır".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə