Daha bir futbolçu Səudiyyə Ərəbistanına transfer olub

Daha bir futbolçu Səudiyyə Ərəbistanına transfer olub

“Fulhem”, “Seltik” və “Lion”un keçmiş yarımmüdafiəçisi, 27 yaşlı Musa Dembele Səudiyyə Ərəbistanı Pro Liqasına keçən ən son avropalı futbolçu olub. SİA BBC Sport-a istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi Stiven Cerrard və Cordan Henderson ilə birlikdə "Əl-Ettifaq"da birləşəcək.

Qeyd edək ki, “Reyncers” və “Aston Villa”nın keçmiş baş məşqçisi Stiven Cerrard bu mövsüm “Əl-Ettifaq”ı idarə edəcək. İngiltərə və “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson 12 milyon funt-sterlinq dəyərində müqavilə bağlayıb.

"Brügge" klubundan şotlandiyalı müdafiəçi Cek Hendri də "Əl-Ettifaq" ilə müqavilə imzalayıb. 28 yaşlı futbolçu ötən mövsüm də İtaliyada "Cremonese"də icarə əsasında çıxış edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə