"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

"Beşiktaş" futbolçusunu Qətər klubuna satıb

Mərakeş millisinin futbolçusu Romen Saiss karyerasını Qətərdə davam etdirəcək. Türkiyənin "Beşiktaş" klubu 33 yaşlı müdafiəçini "Əl-Sədd"ə satıb. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Qara qartallar" bu keçiddən 2.5 milyon gəlir əldə edib. Qeyd edək ki, 2022-ci ildən "Beşiktaş"da çıxış edən Romen Saiss ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında 4-cü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə