Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq

Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq

Boksçumuz Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, 50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.

Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin üçüncü günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня