"Milan" ABŞ millisinin futbolçusu ilə anlaşdı

"Milan" ABŞ millisinin futbolçusu ilə anlaşdı

İtaliyanın "Milan" klubu heyətini yeni futbol ilə gücləndirməyə yaxındır. SİA xəbər verir ki, A Seriyası təmsilçisi İspaniya "Valensiya"sında çıxış edən Yunus Musa ilə şəxsi razılıq əldə edib.

Milan təmsilçisi ABŞ millisinin də formasını geyinən 20 yaşlı yarımmüdafiəçi üçün təxminən 18 milyon avro ödəyəcək. Qeyd edək ki, Yunus Musa 2020-ci ildən "yarasalar"ın əsas komandasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə