"Kəpəz" daha bir transferi açıqladı

"Kəpəz" daha bir transferi açıqladı

"Kəpəz" sabiq futbolçusu Əli Səmədovun komandaya qayıtmasını rəsmən açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, son mövsümü "Şamaxı"da keçirən yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Səmədov Gəncə klubuna azad agent kimi keçib.

Qeyd edək ki. “Kəpəz” bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov, Elmir Tağıyev və Ehtiram Şahverdiyevi də transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə