Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayıb. Ağdam təmsilçisi ilk oyununda səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bu cütün qalibi 2-ci mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk görüşü yenə səfərdə olacaq.
11 iyul
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Kike Qomes, 25 (1:0), Redon Cica, 59 (1:1), Yassin Benzia, 90+4 (1:2)
Baş hakim: Vitalijs Spasjonnikov (Litva)
“Viktoriya” stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB