Rokenin "Barselona"ya transferinin maliyyə şərtləri açıqlanıb

Rokenin "Barselona"ya transferinin maliyyə şərtləri açıqlanıb

Rokenin "Barselona"ya transferinin maliyyə şərtləri açıqlanıb

Yaxın vaxtlarda gənc hücumçu Vitor Roke “Atletico Paranaense”ni “Barselona”ya dəyişməlidir.

“Globo Esporte” səhifələrində 18 yaşlı braziliyalının transfer şərtləri ilə bağlı məlumat açıqlanıb.

Belə ki, “Barselona” “Atletiko Paranaense”yə 40 milyon avro ödəməyə zəmanət verir. Daha 21 milyon sövdələşməyə bonus kimi daxil ediləcək (matçlar, qollar, titullar və Qızıl top üçün). Kataloniya klubu 13 milyon avro vergi və rüsum ödəməli olacaq.

Bütün bunlarla "Atletiko Paranaense" futbolçunun iqtisadi hüquqlarının 20 faizini özündə saxlayacaq.

Xatırladaq ki, ötən mövsüm “Barselona” son 4 ildə ilk dəfə İspaniya çempionu olub.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə