“Zenit” futbolçusu karyerasını Türkiyə çempionatında davam etdirə bilər

“Zenit” futbolçusu karyerasını Türkiyə çempionatında davam etdirə bilər

Sankt-Peterburq "Zenit"inin və Rusiya millisinin müdafiəçisi Danil Kruqovoy karyerasını Türkiyə çempionatında davam etdirə bilər. SİA xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu ilə Super Liqanın bir neçə klubu maraqlanır. Futbolçunun tərəfi həm icarə, həm də tam transferi nəzərdən keçirir.

Kruqovoyun gedişinə təsir edə biləcək əsas amil onun stabil oyun təcrübəsi əldə etmək istəyidir.

"Sport-Express" portalının məlumatına görə, sövdələşməyə ən yaxın olan futbolçuya icarə təklif edən Fatih Karaqumryukdur.

"Zenit"in bu təkliflə razılaşacağı təqdirdə Kruqovoy 2023/24 mövsümünü Türkiyədə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə