"Barselona”nın növbəti mövsüm üçün artıq heyətini planlaşdırdığı deyilir.
Bu arada neçə müddətdir ki, Pyer-Emerik Obameyanqın yenidən “Barselona”ya dönüşü barədə deyilənlər özünü doğrultmayıb. Belə ki, klub keçmiş oyunçu ilə müqavilə bağlamaq ehtimalını rədd edib.
Belə ki, “Mundo Deportivo” müxbirləri klubun keçmiş oyunçunu geri qaytarmaq imkanından imtina etdiyini bildirib.
Xatırladaq ki, bir il əvvəl kataloniyalılar Pyer-Emerik Obameyanqı satıblar və “Çelsi” qabonlu üçün 12 milyon avro ödəməyə qərar verib.
Belə görünür ki, hücumçu “Stemford Bric”də də möhkəm dayana bilməyib. Qeyd edək ki, bu mövsüm o, cəmi 22 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
...Bir neçə ay əvvəl mətbuatda Obameyanqın “Barselona”ya qayıtmaq istədiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, futbolçu guya “Kamp Nou”nu tərk etmək qərarından peşmandır.
Lakin bütün bunlara baxmayaraq, 33 yaşlı futbolçunun daha Xavi komandasında oynamayacağı bildirilir. Belə ki, “Barselona” futbolçunu yenidən transfer etməyi düşünmür. Deyilənlərə görə, bu günlərdə “Çelsi”ni tərk edəcək Obameyanq üçün Səudiyyə Ərəbistanından təkliflər gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB