"Gimnastlarımız yay universiadasında ölkömizi layiqincə təmsil edəcək" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Bu ilki Yay y Universiadasında bədii gimnastika üzrə təmsilçilərimiz və kişi idman gimnastikası üzrə təmsilçilərimiz iştirak edəcəklər. Bədii gimnastikada komandamızın fərdi proqramda lideri Zöhrə Ağamirova və İlona Zeynalova iştirak edəcək. Qrup hərəkətləri komandamız da universiada da təmsil olunacaq. Kişi idman gimnastikasında isə İvan Tixonov və Nikita Simonov çıxış edəcəklər. Bildiyiniz kimi, bədii gimnastika və kişi idman gimnastikası olimpiya növləridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
Onun sözlərinə görə, 2023-cü il gimnastikanın olimpiya növləri üçün çox vacibdir: "Çünki bu ilki dünya çempionatları Olimpiya oyunlarına təsnifat xarakteri daşıyır. Ümumiyyətlə, bu il keçirilən hər bir yarış bizim üçün dünya çempionatına hazırlıq prosesidir.
Ayrı-ayrı idmançılarımıza nəzər salsaq, məsələn, Zöhrə Ağamirova ötən universiadada da iki qat gümüş mükafatçısıdır. İslam Oyunlarında, Tokio Olimpiya Oyunlarında, eyni zamanda Bakıda keçirilən Avropa Çempionatında iştirakı və uğurları göz qabağındadır".
Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, əgər Zöhrə Ağamirova daha çox təcrübəyə malikdirsə, İlona Zeynalov böyüklər yaş proqramında iştirakına baxmayaraq nisbətən daha gənc idmançıdır: "Onun bugünə olan nailiyyəti odur ki, komanda hesabında Avropa çempionatının və İslam Həmrəylik Oyunlarının mükafatçısıdır. Kişi idman gimnastikasında İvan Tixonov ölkəmizi Tokio Olimpiya Oyunlarında təmsil edir, müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasındadır. Nikita Solmonov isə bu ilin dünya kubokunda uğurla iştirak edir. Ümumiyyətlə, bu il keçirilən dünya kuboku mərhələlərində topladığı xallara əsasən Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb. Biz ümid edirik ki, idmançılarımız ölkəmizi yay universiadasında layiqincə təmsil edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB