"Əziz Şuşa" beynəlxalq velosiped yarışının son mərhələsinə start verilib - YENİLƏNİR - FOTOLAR

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının son mərhələsinə start verilib - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi keçirilir.

SİA xəbər verir ki, beşinci mərhələyə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib. İdmançılar bugünkü mərhələdə Beyləqan-Şuşa marşrutu üzrə 132 kilometr məsafə qət edəcəklər. Finiş Azərbaycanın zəfər rəmzi Şuşa şəhərinin girişində baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi və sonuncu mərhələnin yekununa dair mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı şose velosipedinin qrup ötüşməsi növü üzrə 5 mərhələli veloturun dördüncü yarış günü İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Alessandro Monako (02:47:11) mərhələnin qalibi olub. Onun komanda yoldaşı Emanuele Ansaloni (02:47:11) ikinci, Qazaxıstanın “Almaty Astana Motors” klubunun üzvü Rudolf Remkhi (02:47:13) üçüncü yerdə qərarlaşıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə