Buskets "İnter Mayami" ilə danışıqlar aparır

Buskets "İnter Mayami" ilə danışıqlar aparır

"Barselona"dan ayrılan Serxio Buskets "İnter Mayami" ilə danışıqlar aparır.

SİA Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi artıq MLS klubunun rəhbərliyi ilə görüşüb. Onun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” təmsilçiləri ilə də danışdığı bildirilir.

Xatırladaq ki, 34 yaşlı futbolçu "Barselona" ilə 3 dəfə Çempionlar Liqasının qalibi olub və 9 dəfə İspaniya çempionu olub.

Qeyd edək ki, "İnter Mayami" dünən Lionel Messini transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə