Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva yarışda bürünc medal qazanıb. 57 kq-da çıxış edən idmançı 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Amma rəqib finala yüksəldiyi üçün Jalə türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, rəqibinə 8:4 hesabıyla qalib gələn Azərbaycan təmsilçisi üçüncü yeri tutub.
62 kq-da yer alan Elis Manolova isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2. Rəqib finala adlaya bilmədiyi üçün Manolova mübarizəni dayandırıb.




USD
EUR
GBP
RUB