"Xatirə Kuboku" turnirində III dövrənin ilk oyunları keçirilib

Bu gün “SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən futzal üzrə “Xatirə Kuboku” turnirində bu gün III dövrənin ilk oyunları keçirilib. SİA xəbər verir ki, III dövrənin ilk günündə Bakı vaxtı saat 12:00-da start götürmüş "SƏS" MQ - APA İA arasında oyun 7:3 hesabı ilə başa çatıb. APA İA komandası qələbə qazanıb. Daha sonra ARB TV və AzTV komandaları arasında yarış keçirilib. AzTV 1:2 hesabı ilə üstünlüyə sahib olub. ATV və AzərTAC arasında keçirilən üçüncü oyun isə ATV komandasının qələbəsi ilə sonlanıb. Bu oyunda isə hesab 10:1 olub.

Günün sonuncu matçı "Futbol+" qəzeti – “Yeni Müsavat” qəzeti komandaları arasında baş tutub. Oyun 3:0 hesabı ilə "Futbol+" qəzetinin xeyrinə nəticələnib.

Qeyd edək ki, sabah keçiləcək son turun oyunlarından asılı olmayaraq APA İA, AzTv , ATV və "Futbol+" komandaları 9 xalla qruplarda liderliyi təmin ediblər. Sabahkı oyunlarla isə “Xatirə Kuboku”nun 1/ 4 final mərhələsinə adlayacaq qrup ikinciləri bəlli olacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə