"Bakı taekvondo üçün mötəbər bir yerdir" - Chungwon Choue

"Taekvondo ailəsinin üzvləri bilir ki, Bakı taekvondo ailəsi üçün mötəbər bir yerdir. 2006-cı ildən bəri Bakı müxtəlif taekvondo yarışlarına ev sahibliyi edir. Bu tədbirin cari ildə keçirilməsi bizim 50 illik yubileyimizlə üst-üstə düşür. Bu da tədbirimizin əhəmiyyətini artırmış olur. Bundan daha əhəmiyyətli bir tarix Azərbaycanın Müstəqillik Günüdür". SİA xəbər verir ki, bu sözləri Taekvondo üzrə Dünya Çempionatı ilə bağlı mətbuat konfransında Dünya Taekvondosunun prezidenti Dr. Chungwon Choue deyib.

O bildirib ki, bir gün sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq: "Sözsüz ki, müstəqilliyin tarixi bizim taekvondonun tarixindən daha dərindir. Bildiyiniz kimi, taekvondo idman növüdür. Biz eyni zamanda çalışırıq ki, öz fəaliyyətimizlə sülhə töhfə verək. Dünya taekvondosu qaçqınlar üçün genişmiqyaslı proqram həyata keçirməkdədir. Tokio Olimpiya oyunları zamanı üç qaçqın oyunçumuz təmsil olunurdu. Çalışırıq ki, bu idmançıların sayını artıraq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə