Bakı buxtasında “Sailing Regatta-2023”ə start verilib

Bakı buxtasında “Sailing Regatta-2023”ə start verilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkən Federasiyasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Baku Sailing Regatta-2023”ə start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 39 yelkənçinin iştirak etdiyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 28-də yekun vurulacaq. Həmin gün Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar təşkil olunacaq.

Reqata “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə