Basketbol Liqası: “Sabah” klubu final seriyasında önə keçib

Basketbol Liqası: “Sabah” klubu final seriyasında önə keçib

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Görüş “Sabah”ın 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə