Şahmat tacı uğrunda keçirilən görüşün qalibi bəlli olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, çinli Din Liren rusiyalı Yan Nepomnyaşşiyə qalib gələrək dünya çempionu adını qazanıb.
Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə klassik şahmatda qalib müəyyənləşməyib. Hesab 7:7 olduğundan sürətli şahmat oynanılıb və dördüncü partiyada Y.Nepomnyaşşiyə təslim olub.
Beləliklə, 30 yaşlı Çin zəka sahibi D.Liren şahmat tarixində 17-ci dünya çempionu olub. Bunadək dünya çempionu norveçli Maqnus Karlsen olsa da, o, rusiyalı şahmatçı ilə şahmat tacını müdafiə etməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB