Birinci divizionun 26-cı turunda aprelin 26-da keçirilməli olan "Kəpəz-2" - "Qarabağ-2” matçı təxirə salınıb. SİA xəbər verir ki, bununla bağlı Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib.
"Qarabağ-2"nin məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemləm yaranıb. "Qarabağ-2" xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən "Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınmasını istəyib.
“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində keçirilməli olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb.
Oyunun keçirilmə vaxtı ilə bağlı məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB