Baş məşqçinin oyun zamanı halı pisləşib

Baş məşqçinin oyun zamanı halı pisləşib

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçeskunun “Minay”la oyun zamanı halı pisləşib. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Dinamo”nun 2:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib.

Onun qarşıdakı oyunlarda komandasına rəhbərlik edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Luçesku 2020-ci ildən “Dinamo”nu çalışdırır. Onun komandası hazırda 39 xalla Ukrayna Premyer Liqasında 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə