Avstraliya Qran Prisinin qalibi belli olub “Formula 1”

Avstraliya Qran Prisinin qalibi belli olub “Formula 1”

“Formula 1” üzrə dünya çempionatında mövsümün üçüncü yarışının qalibi bəlli olub.

SİA xəbər verir ki, Avstraliyada keçirilən Qran Prini "Red Bull" pilotu Maks Ferstappen qazanıb.

"Mercedes" komandasında çıxış edən Lüis Hemilton ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü yeri tutub.

Səkkiz sürücü sonadək mübarizə apara bilməyib.

Qeyd edək ki, mövsümün dördüncü yarışı Bakıda gerçəkləşəcək. Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə