Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez idmançı ilə 2016-cı ildə baş tutan tanışlıqlarını yada salıb. SİA xəbər verir ki, o, bu barədə "El Hormiguero" şousuna verdiyi müsahibəsində danışıb.
“Onu görəndə o qədər yaraşıqlı idi ki, baxmağa utandım. Belə deyim, qarnımda kəpənəklər uçuşurdu", - Corcina bildirib.
Cütlük ilk dəfə Madriddə "Gucci" mağazasında tanış olub. Qızın dediyinə görə, onların bu görüşü təsadüfən baş tutub.
“Bəzən evdə nahar edəndə ona baxıb düşünürəm, nə xoşbəxtəm ki, o, bu gözəl ailəni qurmaq üçün məni seçib. Yatağa çox xoşbəxt gedirəm”, - futbolçunun sevgilisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB