Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb. SİA xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu Çağırış kuboku yarışlarının finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.

Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib – 3:0. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə