"Sportinq"in qapıçısı ən yaxşı futbolçu seçilib

"Sportinq"in qapıçısı ən yaxşı futbolçu seçilib

"Sportinq"in qapıçısı Antonio Adan Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu seçilib. SİA xəbər verir ki, o, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. Qolkiper Kazemiro ("Mançester Yunayted"), Jan-Tyerri Lazar ("Union") və Orkun Kökcünü ("Feyenoord") qabaqlayıb.

Qeyd edək ki, A.Adan Avroliqanın 1/8 finalında "Arsenal"la cavab matçında (1:1, penaltilər seriyası - 5:3) 7 qurtarışla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə