Laporta ilə barışan Messi Barselonaya qayıtmağa hazırdır

Laporta ilə barışan Messi Barselonaya qayıtmağa hazırdır

PSJ-nin hücumçusu ilə “Barselona”nın prezidenti Joan Laporta arasında telefon danışığı olub.

Jurnalist Joan Fontesin sözlərinə görə, Laporta Messiyə zəng edərək argentinalının PSJ-yə getdiyi müqavilə ilə bağlı yaranmış vəziyyətə görə üzr istəyib. 35 yaşlı futbolçu üzrxahlıqdan çox məmnun olub və prezidentə “Barselona”ya qayıtmaq arzusunda olduğunu bildirib.

Mənbənin sözlərinə görə, Messi Kataloniya klubunun irəli addım atmasını və ona müqavilə təklif etməsini gözləyir. Baş məşqçi Xavi onunla müqavilə imzalamaq, hücumçunun həyat yoldaşı Antonella və uşaqlarının Barselonaya qayıtmasını istəyir.

Qeyd edək ki, daha əvvəl 35 yaşlı futbolçu ilə PSJ-nin yeni müqaviləyə əsasən futbolçunun maaşı ilə bağlı razılığa gələ bilməyəcəyi bildirilirdi. Argentinalının Paris komandası ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə