Milli Gimnastika Arenasında Bakı çempi̇onatı keçirilib - YENİLƏNİB - FOTOLAR

Milli Gimnastika Arenasında Bakı çempi̇onatı keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı baş tutub. SİA xəbər verir ki, üç gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verib.

Qadın idman gimnastları uşaqlar, yeniyetmələr və gənclər, kişi idman gimnastları kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparıblar.

Akrobatlar isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış ediblər.

Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, “Qarabağ” İdman Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri ölkə və paytaxt birincisi adı uğrunda mübarizəyə qoşulub.

Qeyd edək ki, yarışlar 16 mart tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə