Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.

Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə