İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, turun mərkəzi matçı son oyun gününə təsadüf edib.
"Liverpul" öz meydanında "Mançester Yunayted"i qəbul edib. Oyunda gözlənilməz nəticə qeydə alınıb. Mersisayd təmsilçisi "Enfild" stadionunda keçirilən qarşılaşmada 7 cavabsız qolla qələbə qazanıb.
"Liverpul" - "Mançester Yunayted" - 7:0
Qollar: Qakpo, 43, 50, Nunyes, 47, 75, Salah, 66, 83, Firmino, 88
Bu qələbə ilə xallarını 42-yə çatdıran "Liverpul" 5-ci pilləyə yüksəlib. 49 xalı olan "Mançester Yunayted" isə 3-cü sırada qərarlaşıb. Turnir cədvəlinə 63 xalla "Arsenal" başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB