Daha bir komanda 1/8 finala yüksəlib

Daha bir komanda 1/8 finala yüksəlib

UEFA Avropa Liqasında daha bir komanda 1/8 finala yüksəlib. SİA-nın məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Fransada "Monako"ya qalib gələn Almaniyanın "Bayer" (Leverkuzen) klubu növbəti raunda adlayıb.

Matçın əsas vaxtı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda fransalılar eyni hesabla qalib gəldiklərindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:3) Leverkuzen təmsilçisi 1/8 finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə