Bakıda batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək

Bu gün Bakıda böyüklər arasında batut gimnastikası üzrə Dünya Kuboku start götürəcək. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış 2 gün davam edəcək.

Dünya Kubokunda Azərbaycanla yanaşı, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda mübarizə aparacaq.

Saat 12:00-da start başlayacaq yarışlar İdman TV vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə