Çempionlar Liqası: 103 günlük həsrət bitir

Çempionlar Liqası: 103 günlük həsrət bitir

Çempionlar Liqasında 103 günlük həsrət başa çatır. bu gün 1/8 final mərhələsinə start verilir.

SİA-nın əldə etdiyi məlumata görə, ilk oyun günündə iki görüş baş tutacaq.

2019-20 mövsümünün finalçıları PSJ ilə “Bavariya” bu dəfə 1/4 finala adlamaq üçün üz-üzə gələcəklər. Erkən finalın ilk dueli Parisdə baş tutacaq. Üç il əvvəl finalda rəqibinə məğlub olan fransızlar bunun əvəzini çıxmaq niyyətindədi.

Günün digər matçı İtaliyada baş tutacaq. A seriyasının çempionu “Milan” “Tottenhem”i qəbul edəcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Paris. “Park De Prens”

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)

Baş hakim: Sandro Şerer (İsveçrə)

Milan. “San Siro”

Bütün xəbərlər Facebook səhifəmizdə