Gimnastika idman növü üzrə nə kimi beynəlxalq yarışlar keçiriləcək? - QURUMDAN AÇIQLAMA
"2023-cü ildə Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlara ənənəvi olaraq fevral ayından start verəcək". Bu barədə SİA-nın sorğusuna Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Qurumdan verilən məlumata görə, batut gimnastikası üzrə Dünya kuboku yarışları 18 və 19 fevral tarixərində keçiriləcək. Kişi və qadın gimnastkası üzrə Dünya kuboku yarışları 9-12 martda, bədii gimnastika üzrə Dünya kuboku yarışları isə 21-23 apreldə olacaq. Bədii gimnastika üzrə Dünya kubokundan öncə 14-16 aprel tarixlərində Bakıda bu növ üzrə həm gənclər, həm də böyüklər arasında beynəlxalq yarış təşkil olunacaq”.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB