Türkiyəli futbolçu zəlzələ nəticəsində dünyasını dəyişib

Həvəskar statuslu BAL Liqasında çıxış edən "Kahramanmaraş İstiklalspor"un futbolçusu Taner Kahriman Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı oyunçu dağıntılar altından çıxarılsa da, xəstəxanada vəfat edib.

Qeyd edək ki, Taner Kahriman karyerası ərzində "Orduspor" və "Artvin Hopaspor"un da formasını geyinib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə