Mingəçevir Olimpiya-İdman Kompleksində təşkil olunan 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına başa çatıb. SİA xəbər verir ki, yarışda Bakı şəhəri istisna olmaqla ölkənin 25 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun yeniyetmələr iştirak edib.

Yekun nəticədə 8 yaşadək kateqoriyada Nurgün Fəxrətova, İlkin Abdurəhmanov, 10 yaşlılar arasında Xədicə Seyidli, Emin Abbasov, 12 yaşlıların turnirində Hürrican Hacızadə, Əli Vəlizadə, 14 yaşlılarda Zeynəb Abıyeva, Muhammed Həşimli, 16 yaşadək yarışda isə Leyla Quliyeva, Rəcəb Abdullabəyli üçüncü yeri tutub.
Fatimə Əliyeva, Bəxtiyar Cəfərli (8 yaşadək turnirdə), Leyla Cəfərova, Yasin Əzimov (10 yaşadək), Zəhra Allahverdi, İlqar Mehdizadə (12 yaşadək yarışda), Firəngiz Hüseynova, Elçin Şəkərəliyev (14 yaşadək), Aytac Kərimli, Rza Həsənli (16 yaşadək) öz yaş qruplarında ikinci olub.

8 yaşlılarda Bahar Cəfərova, Əlihüseyn Məmmədli; 10 yaşadək yarışda Leyla Hümbətli, Nurlan Əzizli; 12 yaşlılarda Ayan Qasımova və Hüseyn Qurbanov, 14 yaşadək yarışda Zəhra Məmmədli və İlknur Məmmədov, 16 yaşadək turnirdə isə Leyla Budaqova və İslam Hacıəliyev yarışın qalibi olub.

Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanıb. Mükafatçılarla yanaşı yüksək nəticə göstərən Xədicə Mehdiyeva, Məryəm Nurizadə, Emil Tağızadə, Əli Məmmədli, Mətin Məhərrəmli, Duyğu Bağırova, Eldar Ağacanov, Tuncay Rüstəmov, Cəmilə Məmmədli, Rüqəyya Əlizadə, Ayan Xəlilzadə,Mədinə İmranlı, Mirsaleh Seyidli, Emin Gəncəliyev, İlqar Məmmədov, Hüseyn Seyid, Əli Həsənov ölkə çempionatında iştirak hüququ əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatının seçmə yarışlarında baş hakim Raul Quliyev olub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə