Regionda yaşayan gənclərin inkişafı istiqamətində hansı yeniliklər olacaq? - MÜŞAVİR AÇIQLADI

"Azərbaycanın bütün bölgələrində yerləşən gənclər evlərini əhatə edən yeni konsepsiya və inkişaf strategiyası tətbiq edilməyə başlanır". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman nazirinin müşaviri Ramil Cabbarov bildirib.

Müşavir qeyd edib ki, burada həm sosial fəaliyyətlər, həm də gənclərin asudə vaxtlarının səmərəli təşkili, könüllü fəaliyyəti və s. digər layihələr gənclər evlərində həyata keçiriləcək: "Həmçinin gənclər evləri artıq araşdırma mərkəzləri kimi də faliyyət göstərəcəklər. Onlar regiondakı bütün gənclərin maraq və tələblərini araşdıraraq öz fəaliyyətlərini bu istiqamətdə qurmağa başlayacaqlar. Düşünürük ki, gənclər evlərinin kommunikasiya strategiyasını daha da təkminləşdirmək lazımdır. Məhz bu məqsədlə gənclər evlərində piyar və marketinq sahələri daha da inkişaf etdiriləcək. Bütün gənclər evində roboto texnika və İT təlimlər, mütəmadi olaraq yeni studiyalar yaradılacaq. Həmçinin regiondakı gənclər üçün yeni məşğulluq imkanlarının yaradılması, o cümlədən xarici bazarlarda daha kontensialı gənclərin formalaşması məqsədi ilə yeni bacarıqlar təşkil ediləcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə