"Bir sıra layihələr həyata keçirəcəyik" - QURUM RƏSMİSİ AÇIQLADI

"Bu il Mingəçevir şəhəri gənclər paytaxtı müsahibəsinin qalibi olub. Həmçinin bu il Mingəçevir Gənclər evinin 10 illiyidir". SİA xəbər verir ki, bu sözləri Mingəçevir "Gənclər Evi"nin direktoru Tural Kərimov bildirib.

Qurum rəsmisi qeyd edib ki, bütün illər ərzində Gənclər evi müxtəlif layihələr həyata keçirib: "Hər zaman Mingəçevir Gənclər evi öz fəaliyyətində gənclərin maraqlarını əsas prioritet məsələ hesab edir. 10 il ərzində gənclərimiz üçün intellektual oyunlarla, təlim kursları və s. proqramlar təşkil edilib. 2018-ci ildə Gənclər evində "Əsas heyyət bacarıqları" adlı kurs fəaliyyətə başlayıb. Bu kursun əsas məqsədi gənclərin gələcəkdə daha uğurlu kariyera qurmasına kömək etməkdir. Daha sonra 2019-cü ildə Mingəçevir Gənclər evində "Səyyar Gənclər evi" faliyyətə başlayıb. Burada isə əsas məqsəd kəndlərdə və rayonlarda olan gənclərin fəaliyyətlərini təmin etməkdir. Yeni layihələrimizdən isə İT kurslarımız var ki, burada gənclər İT sahəsində olan təcrübələrini artır eyni zamanda yeni biliklər əldə edirlər. Əlavə olaraq demək istərdim ki, mütəmadi olaraq "Gənclərin şəxsi inkişafı və kariyerası" adlı kurslarımız fəaliyyət göstərir. Biz burada öz kariyerasında uğur qazanmış şəxsləri dəvət edirik. Onlarda öz motivasiya xarakterli danışıqları ilə gənclərimizə dəstək olurlar.

Bizim artıq Gənclər paytaxtı olmağımızla əlaqədar bir sıra layihələrimiz var. Bu layihələrin təşkilində əsasən daha çox kontingentin əhatə olunmasıdır. Çox istəyirik ki, bu layihələrimiz gənclərimizə böyük töhfələr versin. Həmçinin "Səyyar Gənclər evi" layihəmiz artıq "Səyyar Gənclər paytaxtı" adı altında fəaliyyət göstərəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə