"Barselona" futbolçusu Markos Alonso ilə müqaviləni uzadıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Markos ötəni ilin yayından "Barselona"da oynayır. Tərəflər arasında əvvəlki müqavilə 2023-cü ilin iyununa kimi hesablanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə