“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirə bilər. SİA xəbər verir ki, Ağdam klubu İtaliya C seriyasında çıxış edən “Audako Çerinyola” klubunun futbolçusu Cankarlo Malkore ilə maraqlanır. Bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı forvardı "Qarabağ"la yanaşı, İtaliyanın SPAL, "Modena", Kiprin "Apollon" (Limassol) və Rumıniyanın ÇFR klubları da transfer etmək istəyir.
Qeyd edək ki, Cankarlo bu mövsüm C seriyasında 22 oyunda 9 qol vurub. Onun klubu ilə mövsümün sonuna qədər müqaviləsivar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB