Ukraynalı futbolçu Türkiyədən "Şaxtyor"a dönüb

Ukraynalı futbolçu Türkiyədən "Şaxtyor"a dönüb

Ukrayna millisinin sabiq futbolçusu Yaroslav Rakitski "Şaxtyor"la (Donetsk) anlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, azad agent olan 34 yaşlı müdafiəçi keçmiş komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, son klubu Türkiyə "Adana Demirspor"u olan Yaroslav Rakitski "Şaxtyor"un yetirməsidir. O, 2019-cu ilin noyabrında yığmadakı karyerasını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə