"Barselona" "İnter"in futbolçusu Marselo Brozoviçi heyətinə qatmaq istəyir. SİA xəbər verir ki, bu barədə İspaniya ətbuatı məlumat yayıb.
"Barselona" 30 yaşlı yarımmüdafiəçinin əvəzində Frank Kessyeni təklif edib.
26 yaşlı Kessye 2021-ci ilin yayında azad agent kimi "Barselona"ya keçib. O, komandanın heyətində keçirdiyi 16 matçda 661 dəqiqə meydanda olub, 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilə qədərdir.
30 yaşlı Brozoviç 2015-ci ilin yanvarında "İnter"ə transfer olunub. Bu mövsüm xorvatiyalı yarımmüdafiəçi 12 matçda 2 qol vurub. Brozoviç hazırda zədədən bərpa prosesi keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB