Maliyyə proqramları çərçivəsində
Rusiya Futbol İttifaqı Avropa Futbol Assosiasiyaları İttifaqından 8 milyon dollar alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov bildirib.
O, vəsaitlərin maliyyə proqramlarından biri çərçivəsində köçürüldüyünü vurğulayıb.
Xatırladaq ki, ötən ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya komandalarının və milli komandalarının 2022/2023 mövsümünün beynəlxalq turnirlərində iştirakını dayandırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB