“İllərini idmana həsr etmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi”

"Bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib". SİA xəbər verir ki, bu sözləri təcrübəli stolüstü tennisçi Bilurə Eminovaya qeyd edib.

O bunları deyib: "Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İllərini idmana həsr eləmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. Bu cür diqqət və qayğı bizi daha böyük həvəslə fəaliyyət göstərməyə ruhlandırır. Bundan sonra da idmanımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Qeyd edək ki, bu gün 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Təcrübəli stolüstü tennisçi Bilurə Eminovaya da bu sevincdən pay düşüb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə