"Azərbaycan bayrağını daima yüksəklərdə dalğalandıracayıq" - BƏHMƏN NƏSİRİ
"Mən ilk dəfədir ki, dəniz avarçəkməsində iştirak etdim". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idmançısı Bəhmən Nəsiri bildirib.
O, gələcəkdə bu idman növündən Olimpiya oyunlarında da istifadə olunmasını istəyir: "Düşünürəm ki, bu idman növündə qalibiyyətlər əldə edərək, Azərbaycan bayrağını daima yüksəklərdə dalğalandıracayıq. Hazırda Avropa çempionatına hazırlaşırıq. Bunun üçün məşqlərimiz Mingəçevirdə keçirik. 4 aydan sonra Estoveniyada keçirilən Avropa çempionatında iştirak edəcəyik".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB